FİA qaydalara düzəlişlər edib

FİA təsdiq edib ki, 2009-cu ildən trasa Təhlükəsizlik Maşını (TM) çıxarkən sürücülərin və komandaların davranışlarını bildirən yeni qaydalar qüvvəyə minəcək. […]

FİA təsdiq edib ki, 2009-cu ildən trasa Təhlükəsizlik Maşını (TM) çıxarkən sürücülərin və komandaların davranışlarını bildirən yeni qaydalar qüvvəyə minəcək. Keçən mövsüm FİA-nın ekspertləri Formula1 komandaları ilə birlikdə bu qaydaların optimal variantının axtarılmasına çox vaxt ayırmışdılar. Məlum olduğu kimi 2007-ci ildən TM trasa çıxan zaman pit-leyn bağlanırdı, bu ona görə edilmişdi ki, trasda baş verən qəzadan sonra TM trasa çıxarkən trasda qalan sürücülər böyük sürətlə pitə tələsirdilər, hətta qəza olan hissəni də böyük sürətlə keçirdilər…

Belə bir qərar təklif olunmuşdu ki, TM trasa çıxan zaman sürücü onun boksa qayıtması üçün icazə verilən maksimum sürət barədə məlumat alır. Bunun üçün bütün maşınlara quraşdırılmış elektron idarəetmə bloklarında (ECU) dəyişiklik edilib, daha doğrusu ECU-nun proqram təminatına daha bir funksiya əlavə olunub. Keçən mövsüm ərzində yeni sistem bir neçə dəfə yoxlandıqdan sonra, nəhayət ki, federasiya tərəfindən dəstəklənib. Bu gün FİA-nın yarış direktoru Çarli Uaytinq təsdiq edib ki, 2009-cu ildə TM trasa çıxarkən pit-leyn bağlanmayacaq…

Çarli Uaytinq: “2007-ci ildən tətbiq olunan qaydalar özünü doğrultmayıb və biz əvvəlki varinata qayıtmışıq. Fərq bundadır ki, indi biz sürücülərin boksa qayıtması üçün onlara minimal vaxt təyin edəcəyik.

TM trasa çıxan kimi bütün maşınlar ECU bloklarında müvafiq rejimi aktivləşdirən siqnal alacaqlar. Bundan sonra ECU maşının trasda yerini müəyyən edir və onun boksa qayıtması üçün minimal vaxtı hesablayır. Sürücü bu məlumatı qarşısındakı alətlər lövhəsində görəcək.

Biz son iki ildə pit-leyni bağlayırdıq ki, sürücünün boksa qayıtması üçün stimulu olmasın. İndi bu qayda ləğv olunub, amma indi siz pit-leynə sizə icazə verilən vaxtdan da tez qayıda bilməyəcəksiniz.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*