Campos komandası sahibini dəyişib

Bu gün Campos Meta komandası təsdiq edib ki, ispaniyalı iş adamı Xose Ramon Karabante komandaya tam nəzarəti ələ alıb, Midland […]

Bu gün Campos Meta komandası təsdiq edib ki, ispaniyalı iş adamı Xose Ramon Karabante komandaya tam nəzarəti ələ alıb, Midland və Spyker komandalarının keçmiş başçısı Kolin Kolles isə komandaya yeni başçı təyin olunub və Adrian Kamposu əvəz edəcək. Karabante əvvəldən Campos-un həmsahibi idi, indi isə komandanın shəmlərinin nəzarət paketi ona məxsus olacaq.

Xose Ramon Karabante: “Mən Berni Ekklstouna minnətdarlıq etmək istəyirəm, o komandanın həyat fəaliyyətini saxlamaq üçün əlindən gələni etdi. Komandanın xilas edilməsi zamanla yarışa bənzəyirdi, çünki biz mövsümün ilk yarışı Bəhreyn Qran Prisinin startına çıxmalıyıq – startda bizim iki rəqabətədavamlı maşınımız dayanacaq. İndi bizi gərgin iş gəzləyir, amma bizi Formula1-də debütümüz ruhlandırır və biz gərgin mövsümə hazırlaşırıq.”

Karabante həm də bildirib ki, komandanın bazası İspaniyada qalacaq, Kolles isə komandanın icraçı direktoru olacaq və komandanın mövsümün ilk yarışına hazırlığına cavabdeh olacaq…

Kolin Kolles: “Vəziyyət çox çətindir, amma mən imtina edə bilməzdim və bu çağırışı qəbul etdim. Yeni komanda ilə işləmək mənə çox maraqlıdır. Yaxın on gündə biz komandanın strukturunu tam dəyişəcəyik, əlavə maliyyə mənbəyi tapacayıq, komandanın 2010-cu il üçün heyətini elan edəcəyik və mövsümün ilk yarışına hazırlaşacayıq.”

Komandanın braziliyalı sürücü Bruno Senna ilə müqaviləsi var, amma şayiələr gəzir ki, onun komanda yoldaşı US F1 komandası ilə müqavilə bağlamış Xose Mariya Lopes olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*