Renault Palmerə kömək edəcək

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, mövsümə pis başlayan Colion Palmerə əllərindən gələn köməyi edəcəklər.

F-1.az xatırladır ki, Hülkenberq bu mövsüm 14 xal toplasa da, komanda yoldaşı Palmer hələ xal qazana bilməyib.

Siril Abitebul: “Palmerin yarışlarda bəxti gətirmir. Onun istedadına şübhə etmirəm. Sadəcə özünə inam qayıtmalıdır. Stabilliyi geri qaytardıqdan sonra komandaya kömək edə bilər. Buna görə də ona əlimizdən gələni etməyə hazırıq. Şənbə günləri onun üçün vacib olur. Cümə günləri istədiyi kimi getməyəndə bu həm yarışına, həm də sıralanma performansına təsir edir.

Colion keçən il mövsümə pis başlasa da, sona yaxın yaxşı nəticələr almışdı. Ona güvənirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*