S.Peres: “Artıq orta qrupun lideri deyilik”

Force İndia komandasının sürücüsü Serxio Peres bildirib ki, artıq orta qrupun lideri deyillər.

F-1.az xatırladır ki, Force İndia komandası son iki mövsümdə 4-cü yeri tutub. Lakin bu mövsüm həm Renault, həm də McLaren-in güclənməsi gözlənilir.

Serxio Peres: “İlk yarışa qədər təkmilləşməliyik və ümid edirəm ki, hər şey yaxşı olar. Testlər hər şeyi müəyyən etmir. Çünki yarışda asfalt temperaturu çox fərqli olur. Hazırda real gücümüzü bilmirik, ancaq məncə, orta qrupun lideri deyilik. Həmişə demişəm: harada başlamaq önəmli deyil. Əsas Əbu Dabidən sonrakı turnir cədvəlidir. Melburnda yeni paketimizi görəndə əsl gücümüz bilinəcək. İşləməliyik. Sevinmək və ya məyus olmaq üçün tezdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*