S. Peres “Günün sürücüsü” sorğularında hamıdan fərqlənib

Çempionatda 2016-cı ildən bəri hər yarışda "Günün Sürücüsü" seçilir. Seçimi azarkeşlər onlayn səsvermə ilə edirlər. Bu, sürücülərin nəticələrinə heç bir təsir etməsə də, kifayət qədər maraqla qarşılanır.

F-1.az bildirir ki, bu il 10 fərqli sürücü tamaşaçılar tərəfindən “Günün sürücüsü” adına layiq görülüb ki, Peres 4 dəfə ilə ən çox seçilən sürücü olub. Ən çox səs alaraq seçilən sürücü son yarışında 42.8% səs toplayan Rəykkönendir. Fettel isə Azərbaycanda ikinci olaraq azarkeşlərin 41.9%-nin rəğbətini qazanıb.

Yer N Sürücü Say
1 11 Serxio Peres 4
2 4 Lando Norris 3
3 33 Maks Ferstappen 3
4 44 Lyuis Həmilton 2
5 5 Sebastyan Fettel 2
6 16 Şarl Lekler 2
7 14 Fernando Alonso 2
8 3 Daniel Rikkardo 1
9 55 Karlos Sayns 1
10 7 Kimi Rəykkönen 1

 

Formula1 hər yarışın sonunda səsverməyə əsasən formalaşan ilk beşliyi təqdim edir. Mövsüm ərzində bu beşliyə 17 sürücü düşüb. Cəmi 4 nəfərin – Covinatsi, Şumaxer, Latifi və Strollun adı bu siyahıda mövsüm boyu heç olmayıb.

Yer N Sürücü Say
1 33 Maks Ferstappen 19
2 44 Lyuis Həmilton 17
3 11 Serxio Peres 15
4 4 Lando Norris 11
5 3 Daniel Rikkardo 7
6 16 Şarl Lekler 6
7 55 Karlos Sayns 6
8 10 Pyer Qasli 4
9 5 Sebastyan Fettel 3
10 14 Fernando Alonso 3
11 7 Kimi Rəykkönen 3
12 77 Valtteri Bottas 3
13 31 Esteban Okon 2
14 63 Corc Rassell 2
15 9 Nikita Mazepin 2
16 88 Robert Kubitsa 1
17 22 Yuki Tsunoda 1

 

Qeyd edək ki, TM arxasında bir neçə dövrə vurularaq başa çatdırılan Belçika Qran Prisində bu sorğu keçirilməyib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*