Red Bull və Renault-Nissan müqavilələrini uzadıblar

Red Bull komandası Renault-Nissan şirkətilə müqaviləsini uzadıb, şirkət komandanın rəsmi təchizatçısı statusunu saxlayıb və komandanı avadanlıqları daşımaq üçün nəzərdə tutulan […]

Red Bull komandası Renault-Nissan şirkətilə müqaviləsini uzadıb, şirkət komandanın rəsmi təchizatçısı statusunu saxlayıb və komandanı avadanlıqları daşımaq üçün nəzərdə tutulan yük maşınları və digər maşınlarla təmin edəcək.

Xidməti maşın kimi Sebastyan Fettelə İnfiniti FX 50S, Mark Uebber və Sebastyen Buemiyə İnfiniti M37S ayrılıb. Kiçik yüklərin daşınması üçün komanda Nissan NV200 və Nissan NV400 alacaq, böyük avadanlıqların daşınması üçün komandanın ixtiyarında doqquz ədəd Renault Magnum olacaq.

Kristian Horner: “Formula1-in rəqabət aləmində işləyərkən biz etibarlı tərəfdaşlar axtarırırq ki, bütün dünyaya bizim avadanlıqlarımızın daşınması kimi çətin məsələni həll etmək iqtidarında olsunlar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*