18 Noyabr 2019, Bazar ertəsi - 22:28

Sauber stüardların qərarından şikayət etməyəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:08 - 30 Mart, 2011

Sauber komandasının mətbuat xidməti xəbər verib ki, komanda bütün faktları araşdırdıqdan sonra Avstraliya Qran Prisinin stüardlarının qəbul etdikləri qərardan şikayət […]

Sauber komandasının mətbuat xidməti xəbər verib ki, komanda bütün faktları araşdırdıqdan sonra Avstraliya Qran Prisinin stüardlarının qəbul etdikləri qərardan şikayət etməyəcək.

Serxio Peres və Kamui Kobayaşi finiş xəttini yeddinci və səkkizinci keçiblər, amma yarışdan bir qədər sonra diskvalifikasiya olunublar. Yarışdan sonra keçirilən texniki təftiş zamanı stüardlar müəyyən ediblər ki, Sauber C30-un arxa antiqanadının yuxarı elementinin profilinin radiusu texniki reqlamentə uyğun gəlmir – fərq cəmi iki mm olub.

Ceyms Ki, komandanın texniki direktoru: “Bu fərq bizə sürətdə heç bir üstünlük vermirdi, amma reqlamentdən kənarlaşma var, bu faktdır. Biz stüardların qərarını qəbul edirik. Eyni zamanda, komanda bu məsələni daxildən araşdıracaq. Məlum etmişik ki, biz özümüz bu elementin ölçüsünü səhv aparmışıq. Biz çalışacayıq ki, gələcəkdə belə hallar baş verməsin.”

Əlbəttə, sütardların qərarı hamıdan çox sürücüləri məyus edib…

Peter Zauber, komandanın başçısı: “Həm Serxio, həm də Kamui bazar günü əla çıxış etdilər. Reqlamentə uyğun gəlməyən element sürətdə onlara heç bir üstünlük vermirdi. Onlar hər ikisi göstərdikləri nəticəyə layiq idilər. Komanda məyus olub, amma biz nümayiş etdirdik ki, sürətli maşınımız və iki istedadlı sürücümüz var. Ona görə də bu mövsümə biz nikbin köklənmişik.”

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 306
Teqlər
Paylaş

logo