Daha iki sürücü cərimələnib

Alpine komandasının sürücüsü Esteban Okonun güc qurğusu FİA nümayəndələrindən xəbərsiz dəyişdirildiyi üçün fransalı pilot yarışa pit yolundan başlayacaq.

F-1.az xatırladır ki, 26 yaşlı Okon dünən sıralanma turunda 18-ci yeri tutmuş və ilk sessiyada ələnmişdi. Bundan sonra Alpine komandası gənc sürücünü tamamilə yeni güc qurğusuna keçirməyə qərar verdi. Okon limiti keçdiyi üçün onu cərimə gözləyirdi. Amma Alpine komandası bu dəyişikliyi FİA nümayəndələrinə xəbər vermədən etdiyi üçün Okon yarışa pit yolundan başlayacaq.

AlphaTauri komandasından Yuki Tsunoda isə yeni ötürmələr quttusuna keçəcək. Tsunoda bu detalda limiti keçdiyi üçün startda 5 yer itirəcək. Yaponiyalı bu cəzadan sonra yarışa 19-cu yerdən start verəcək.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*