D.Kvyat: Hər şey çox yaxşı işləyir

Alpha Tauri komandasının sürücüsü Daniil Kvyat bildirib ki, AT01 keçənilki boliddən qat-qat güclüdür.

F-1.az xatırladır ki, rusiyalı sürücü birinci Barselona testlərində 178 dövrə vurub və yeddinci yeri tutub.

Daniil Kvyat: “Testlərin son günündə vaxtım az olsa da, planlaşdırdığımız hər şeyi etdik. Çoxlu dövrə vurdum və hər şey yaxşı idi. Razı qaldım və indi isə məlumatları təhlil etməliyik. Boliddə özümü yaxşı hiss edirəm. Hələ performans üzərində işləməyə başlamamışıq. Ancaq hamda vəziyyət eynidir. Hamı fərqli proqramlar üzərində işləyirdi. Buna görə də müqayisə etmək çətindir. Lakin keçənilkinə nisbətən inkişaf etmişik. Bunun nə qədər olduğunu demək çətindir, çünki yarış tempində bolidin tam potensialını görmədik.

Mühərrikdən də razıyıq. Çünki hər şey qaydasında idi. Lazımi məlumatlar topladıq. Ümdi edirəm ki, növbəti testlərdə güc qurğusunun əsl potensialını ortaya çıxararıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*