Marko şayiələri təkzib edib

Red Bull-un idman məsləhətçisi AlphaTauri-dən göndərilməsi gündəmə gələn Nik de Friz barədə bir daha danışıb.

F-1.az xəbər verir ki, təcrübəli mütəxəssis niderlandlı sürücüyə özünü göstərməsi üçün son tarix verilməsi barədə dedi-qoduları inkar edib.

Helmut Marko: “Son tarix söhbəti olmayıb. Biz sadəcə onun çıxışlarını izləyirik və qiymətləndiririk. Qərarları verməli olduğumuz zaman verəcəyik. Hazırda bunun vaxtı çatmayıb”.

Xatırladaq ki, şayiələrdə Nikə Barselonadakı yarışa qədər vaxt verildiyi bildirilirdi. Əgər özünü doğrultmayacağı təqdirdə, onun yerini Red Bull-un ehtiyat sürücüsü Daniel Rikkardonun alacağı deyilirdi.

Qeyd edək ki, Nik de Frizin komandadan mövsüm tamamlanmamış göndərilməsi barədə söhbətlər bir aydan artıqdır ki, gəzir. Onun komanda yoldaşı Yuki Tsunoda 2 yarışı xalla başa vurub, 3 yarışda isə 11-ci olaraq xal zonasından cəmi bir pillə geridə qalıb. Lakin Nik hələ də xal hesabını aça bilməyib və bu göstəriciyə görə yalnız Loqan Sarcentlə eyni sıradadır…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*