Superfund komandası FİA-nın ehtiyat siyahısındadır

Superfund komandası gələn il dünya çempionatının iştirakçıları siyahısına düşməyib, amma onun başçısı Benetton, McLaren və Williams komandalarının keçmiş sürücüsü və […]

Superfund komandası gələn il dünya çempionatının iştirakçıları siyahısına düşməyib, amma onun başçısı Benetton, McLaren və Williams komandalarının keçmiş sürücüsü və Brawn GP komandasının test sürücüsü Aleks Vürs Lə Manda 24 saatlıq yarışı ərəfəsində jurnalistlərə bildirib ki, komanda ehtiyat siyahıdadır…

Aleks Vürs: “Mən dəqiq bilmirəm ki, bu nədən asılıdır, amma iyunun 19-na kimi siyahı dəqiqləşdirilə bilər və FİA bizdən xahiş edib ki, hərşeyə hazır olaq. İndi mən Lə Manda yarışıram, Peugeot üçün qələbə qazanmağa çalışacam, Brawn GP ilə müqaviləm və öz yarış komandam var – qrafikim olduqca gərgindir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*