20 İyul 2019, Şənbə - 07:42

Belçika Qran Prisi: Sıralanma turu

Belçika Qran Prisi: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:35 - 24 Sentyabr, 2012

Quru. Buludlu. Havanın temperaturu +16° C, trasın temperaturu +28° C Spada sıralanma turundan əvvəl sürücülər quru trasda yalnız bu gün […]

Quru. Buludlu. Havanın temperaturu +16° C, trasın temperaturu +28° C

Spada sıralanma turundan əvvəl sürücülər quru trasda yalnız bu gün bir saat işləyə bilmişdilər – dünən hamıya yağış mane olmuşdu. Heç də hamı düzgün sazlanmaları tapa bilməyib, əsas problem isə soyuq havada təkərlərin gec qızıdırılması olub.

Dünən axşam Mark Uebberin maşınında Red Bull mühəndisləri ötürmələr qutusunu dəyişiblər. Bu gün səhər isə Niko Rosberqin maşınında ötürmələr qutusu dəyişdirilib. Hər iki sürücü sabah yarışın startında 5 yer itirməli olacaq.

Spada sıralanma turu həlledici əhəmiyyət kəsb eləmir, son 18 il ərzində yalnız 4 dəfə poul qazanmış sürücü qələbə qazanıb.

Birinci hissədə protokollara Medium təkərlərlə Pastor Maldonado başçılıq edib, mübarizəni isə Niko Rosberqlə birlikdə “yeni” komandaların sürücüləri dayandırıblar. Bütün sürücülər 107%-lik səddi aşdıqları üçün starta buraxılıblar.

İkinci hissədə Batton və Rəykkönen elə ilk cəhdlərində yaxşı nəticə göstəriblər və trasa qayıtmayıblar. Digər sürücülər arasında gərgin mübarizə gedib, Battonun nəticəsini üstələyən olmayıb və mübarizəni Fettel, Hülkenberq, Şumaher, Massa, Vern, Rikkardo və Senna dayandırıblar.

Üçüncü hissədə yenə də Batton və Rəykkönen ilk dəqiqələrdə trasa çıxıblar. Digər sürücülər isə yalnız bir cəhd ediblər. Batton McLaren-in heyətində ilk, karyerasında isə 8-ci poulunu qazanıb. Sabah onunla yanaşı yarışa Kamui Kobayaşi başlayacaq – yaponiyalı sürücü karyerasının ən yaxşı nəticəsini göstərib. Maldonado və Rəykkönen isə ikinci cərgədən hücum edəcəklər.

YerPilotKomandaMotorI sessiyaII sessiyaIII sessiya
YerVaxtYerVaxtVaxtFərq
01C.BattonMcLarenMercedes021:49.250011:47.6541:47.573
02K.KobayaşiSauberFerrari101:49.686061:48.5691:47.871+ 0.298
03P.MaldonadoWilliamsRenault011:48.993101:48.7801:47.893+ 0.320
04K.RəykkönenLotusRenault051:49.546031:48.4141:48.205+ 0.632
05S.PeresSauberFerrari091:49.642021:47.9801:48.219+ 0.646
06F.AlonsoFerrariFerrari041:49.401071:48.5981:48.313+ 0.740
07M.UebberRed BullRenault141:49.859041:48.5461:48.392+ 0.819
08L.HəmiltonMcLarenMercedes081:49.605051:48.5631:48.394+ 0.821
09R.QrojanLotusRenault171:50.126081:48.7141:48.538+ 0.965
10P.di RestaForce İndiaMercedes161:50.033091:48.7291:48.890+ 1.317
11S.FettelRed BullRenault111:49.722111:48.792
12N.HülkenberqForce İndiaMercedes031:49.362121:48.855
13M.ŞumaherMercedes AMGMercedes121:49.742131:49.081
14F.MassaFerrariFerrari071:49.588141:49.147
15J.E.VernToro RossoFerrari131:49.763151:49.354
16D.RikkardoToro RossoFerrari061:49.572161:49.543
17B.SennaWilliamsRenault151:49.958171:50.088
18N.RosberqMercedes AMGMercedes181:50.181
19H.KovalaynenCaterhamRenault191:51.739
20V.PetrovCaterhamRenault201:51.967
21T.QlokMarussiaCosworth211:52.336
22P.de la RosaHRTCosworth221:53.030
23Ş.PikMarussiaCosworth231:53.493
24N.KartikeyanHRTCosworth241:54.989

Belçika Qran Prisi: Sıralanma turu

Belçika Qran Prisi: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

22:18 - 27 Avqust, 2011

Qurumaqda olan tras, kiçik fasilələrlə yağış. Buludlu. Havanın temperaturu +16° C, trasın temperaturu +19° C Dünən və bu gün səhər […]

Qurumaqda olan tras, kiçik fasilələrlə yağış. Buludlu. Havanın temperaturu +16° C, trasın temperaturu +19° C

Dünən və bu gün səhər Spa trasını yağış yağıb, quru trasda komandalar cəmi 15 dəqiqə işləyiblər, ona görə də sıralanma turunda hər şey havadan və sazlanmalardan asılı olub.

Sıralanma turunda yarım saat qalmış güc çıxıb, asfalt qurumağa başlayıb, amma sürücülər trasa keçid təkərlərlə çıxıblar.

Elə ilk dövrəsində Mixael Şumaher mübarizədən kənar qalıb – yeddinci döngədən sonra düz yolda onun maşını arxa təkərini itirib və baryerlərə çırpılıb. Sabah almaniyalı sürücü Formula1-də debütünün iyirminci ilini qeyd edəcək.

Tras tədricən quruduğu üçün nəticələr yaxşılaşıb, amma sessiyanın sonuna bir dəqiqə qalmış yenidən yağış başlayıb. Protokollara Censon Batton başçılıq edib. Şumaherlə birlikdə Rikkardo, Liutsi və D’Ambrozio 107%-lik həddi keçə bilməyiblər, onlardan başqa Qlok, Trulli və di Resta mübarizəni dayandırıblar. Heykki Kovalaynen isə mövsümdə üçüncü dəfə ikinci sessiyaya keçib.

Yağış tezlikə dayanıb, sürücülər ikinci sessiyaya da keçid təkərlərlə başlayıblar. Adrian Sutil Eau Rouge döngəsinin çıxışında qəzaya uğradığı üçün qırmızı bayraqlar dalğalanıb. Maının evakuasiyası və qırıntıların yığılması on dəqiqə çəkib və sürücülər trasa tələsiblər. Eau Rouge döngəsinə enişdə Maldonado və Həmiltonun maşınları təmas yaşayıblar – Pastorun maşını trasda qalıb, Lyuisin maşınında isə ön antiqanad dəyişdirilib. Protokollara Fernando Alonso başçılıq edib, mübarizəni isə Buemi, Kobayaşi, Batton, Barrikello, Sutil, Maldonado və Kovalaynen dayandırıblar. Bruno Senna isə Lotus Renault GP komandasında debüt sıralanma turunda son sessiyaya keçib.

Sonuncu sessiyada sürücülər trasa sliklərdə çıxıblar. Poulu isə Sebastyan Fettel qazanıb – mövsümdə 9-cu, karyerasında isə 24-cü poul. Həmilton ikinci, Uebber isə üçüncü olub. Massa mövsümdə ikinci dəfə Alonsodan üstün olub…

YerPilotKomandaMotorI sessiyaII sessiyaIII sessiya
YerVaxtYerVaxtVaxtFərq
01S.FettelRed BullRenault042:03.029042:03.3171:48.298
02L.HəmiltonMcLarenMercedes032:03.008022:02.8231:48.730+ 0.432
03M.UebberRed BullRenault022:02.827032:03.3021:49.376+ 1.078
04F.MassaFerrariFerrari132:05.834082:04.5071:50.256+ 1.958
05N.RosberqMercedes GPMercedes082:05.091062:03.7231:50.552+ 2.254
06X.AlgersuariToro RossoFerrari102:05.419092:04.5611:50.773+ 2.475
07B.SennaLotus Renault GPRenault072:05.047072:04.4521:51.121+ 2.823
08F.AlonsoFerrariFerrari052:04.450012:02.7681:51.251+ 2.953
09S.PeresSauberFerrari152:06.284102:04.6251:51.374+ 3.076
10V.PetrovLotus Renault GPRenault092:05.292052:03.4661:52.303+ 4.005
11S.BuemiToro RossoFerrari062:04.744112:04.692
12K.KobayaşiSauberFerrari172:07.194122:04.757
13C.BattonMcLarenMercedes012:01.813132:05.150
14R.BarrikelloWilliamsCosworth122:05.720142:07.349
15A.SutilForce İndiaMercedes142:06.000152:07.777
16P.MaldonadoWilliamsCosworth112:05.621162:08.106
17H.KovalaynenTeam LotusRenault162:06.780172:08.354
18P.di RestaForce İndiaMercedes182:07.758
19Y.TrulliTeam LotusRenault192:08.773
20T.QlokMarussia VirginCosworth202:09.566
21J.D’AmbrozioMarussia VirginCosworth212:11.601
22V.LiutsiHispaniaCosworth222:11.616
23D.RikkardoHispaniaCosworth232:13.077
24M.ŞumaherMercedes GPMercedes24

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 306
Teqlər
Paylaş

logo