Niki Laudanın ailəsi Mercedes-in səhmlərini geri qaytaracaq

Niki Laudanın oğlu Matias bildirib ki, ailəsi Mercedes-in atasına məxsus olan səhmlərini komandaya geri qaytaracaq.

F-1.az xatırladır ki, Niki Lauda komandada qeyri-icraçı direktor vəzifəsində çalışdığı zaman komandanın səhmlərinin 10%-ni əldə etmişdi.

“Bir neçə il əvvəl ailəmizdə qərar verilmişdi ki, səhmlərin başqa ailəyə ötürülməməsi üçün vaxtı gələndə  Mercedes-in özünə qaytarılacaq.

Elə bir səhər yoxdur ki, mən atam barədə düşünmədən oyanım. Mən hələ də onun bizimlə olmamasına inana bilmirəm. Övlad valideynlərindən birini itirəndə həmişə faciə olur. Atamın ölümündən artıq 8 ay keçib və mən hələ indi-indi yaşamağa cəhd etməyə başlayıram. Avtoidman və Formula1 onun üçün hər şey idi”, – deyə Matias Lauda bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*