Macarıstanda Red Bull Ford mühərriki ilə işləyən dörd avtomobilin hamısı xal qazandı. Talking Bull podkastında Kallum bildirdi ki, Red Bull Ford güc qurğusu tam gözləntiləri doğrultdu…
Kalum Nikolas: “Sözlə ifadə etmək çətindir, öz güc qurğumuzu yaratmağa qərar verərək nə qədər əzəmətli vəzifə öz üzərimizə götürdüyümüzü. Bu ciddi çağırış idi, lakin yay fasiləsindən əvvəlki son yarışda Red Bull Ford Powertrains mühərrikli dörd avtomobilin hamısı ilk onluqda finiş etdilər. Hazırkı məqamda bu layihəni inanılmaz dərəcədə uğurlu saymaq olar.
Nəticələr yalnız başqalarının gözləntilərini deyil, həm də bu il nə edə biləcəyimiz barədə bizim öz təsəvvürlərimizi də üstələdi.
Biz əslində baş verəndən daha çox problemlər gözləyirdik. Yaranmış çətinliklərlə yaxşı və sürətlə başa çıxdıq. Görünür, vəziyyəti əhəmiyyətli dərəcədə dəyişən yeniliklər hazırlamışıq.
Hələ çox iş görülməlidir. Uğursuz həftəsonları da oldu, amma onlar da bu ilin öyrənmə ili olması nəzərdə tutulmuş irəliləyiş üçün çox vacibdir”.