Hockinson: Hələ öyrənməli çox şeyimiz var

Red Bull Powertrains-in texniki direktoru Ben Hockinson onun rəhbərliyi altında yaradılmış güc qurğusu Red Bull Ford-un artıq ilk mövsümündə qələbə qazanmasından məmnun qalıb…

Ben Hockinson: “Beş il əvvəl bu layihə sadəcə ambisiyalı ideya idi, bu il isə biz ilk qələbəmizi qazanmışıq. Debüt mövsümündə qazanılan belə uğur böyük mərhələdir, bu, proqramın yarandığı ilk gündən ona qoyulan inamın, ambisiyanın və gərgin əməyin təsdiqidir.

Amma bu, işin başa çatdığı anlamına gəlmir. Hər şey indi başlayıb. Hələ öyrəniləsi çox şey, yaxşılaşdırılmalı çox məqam var, amma ən əsası odur ki, düzgün istiqamətdə irəlilədiyimizin təsdiqini almışıq”.

,