15 Dekabr 2018, Şənbə - 00:19

D.Rikkardo: “Fürsətləri dəyərləndirəcəm”

D.Rikkardo: “Fürsətləri dəyərləndirəcəm”

Müəllif: Rauf Hacıyev, redaktor

12:55 - 16 Mart, 2016

Red Bull komandasının sürücüsü Daniel Rikkardo düşünür ki, Red Bull komandası mövsümün ikinci yarısında Mercedes AMG komandası ilə fərqi bağlayacaq…

F-1.az xəbər verir ki, Daniel Rikkardo öz ölkəsindəki yarışdan əvvəl jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, mövsümün əvvəlində Mercedes AMG ilə mübarizə aparmaq çətin olacaq, amma mövsümün ikinci yarısında hər şey dəyişə bilər: “Düz danışsaq, onu deyə bilərəm ki, bu il çempionluq barədə düşünmək doğru olmaz. Mən istərdim ki, bu mümkün olsun, amma Mercedes AMG hazırkı vəziyyətdə yarışların çoxunu qazanacaq. İlk yarışlarda yağış yağmasa, biz onlara yaxın dura bilmərik. Onlar 5-6 yarışdan sonra əlçatmaz olacaqlar.

Ancaq mövsümün ikinci yarısında onlara yaxın olmalıyıq. Keçən il mövsümün ikinci yarısında böyük addımlar atmışdıq. Bu il olduğumuz yer keçən ilin ikinci yarısındakı ilə eynidir.

Bu yay bir addım daha atsaq, Mercedes AMG ilə fərqi bağlaya bilərik”.

Daniel Rikkardo Mercedes AMG-nin üstünlüyünə baxmayaraq, ümid edir ki, onlar ən azı bir yarış qazanacaqlar: “Bu il qalib gələn komandalar arasında olmalıyıq və ən azı bir yarış qazanmalıyıq. Podiumla başlamaq yaxşı olar. Mən Melburnda podiumda finiş görmək istəyərəm.

Əlimə fürsət düşsə, dəyərləndirməyə hazıram. Keçən il olduğu kimi o cür fürsətləri dəyərləndirməliyik.

Keçən il Sinqapur və Macarıstanda podiuma çıxdıq və bizi unudanlara özümüzü xatırlatdıq və göstərdik ki, biz qələbə üçün yarışa bilərik.

Əlimə fürsət düşsə, dəyərləndirəcəm. Ümid edirəm ki, bu il əlimizə podium və qələbə qazanmaq üçün fürsət düşər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 396
Teqlər ,
Paylaş

logo