M.Həkkinen: Rikkardo qayıdacaq

İkiqat Dünya Çempionu Mika Həkkinen düşünür ki, Daniel Rikkardo idmana qayıdacaq.

F-1.az xatırladır ki, Mika Həkkinene 2001-ci ildə idmana ara vermək adı ilə Formula1-dən getmiş və bir daha geri dönməmişdi.

Mika Həkkinen: “Rikkardonun McLaren-dək son yarışından xal qazandığını görmək əla idi. Daniel yaxşı sürücüdür, amma Formula1-də keçirdiyi bir neçə ildən sonra fasilə vermək onun üçün yaxşı olacaq. Formula1-dən gedəndə Ron Dennis mənə dedi ki, sən sadəcə fasilə verirsən, amma mən bilirdim ki, bir daha qayıtmayacam. Danielin vəziyyəti isə fərqlidir. Çətin mövsümlər keçirdi və özünə gəlməlidir. Onun 33 yaşı var və hələ cavandır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*