Daniel Rikkardo: Mən tükəndiyimi inkar etmirəm

Daniel Rikkardo bu mövsüm yarışlarda iştirak etməyəcək - McLaren komandası sürücü ilə müqaviləni bitməsinə bir il qalmış ləğv edib.

F-1.az xəbər verir ki, avstraliyalı sürücü Beyond The Grid podkastında Red Bul-da üçüncü pilot olmağa razılıq verməzdən əvvəl bu mövsüm üçün başqa komandalardan təkliflər olduğunu etiraf edib. ..

Daniel Rikkardo: “Bəzi təkliflər alırdım, amma mövsümün ikinci yarısında ardıcıl üç Qran Pri məni məhv etdi – 2023-cü ildə yarışmaq istəmədiyimi başa düşdüm. Sevinirəm ki, yüksək səviyyəli komandalardan heç biri mənə təkliflə müraciət etməyib – onlardan imtina edə bilməzdim, baxmayaraq ki, özüm ən çox istirahət etmək istəyirdim.

Bəli, buna “tükənmişəm” də demək olar, amma mən bunu inkar etmirəm. Hər kəsin öz fikri ola bilər, amma şəxsən mən başıma gələnləri, hiss etdiklərimi və nə istədiyimi dəqiq başa düşürəm.

Demək istəmirəm ki, bu hissləri yaşayan yeganə sürücü mənəm, amma deyərdim ki, adi idmançı deyiləm, bacardıqca məşq etmək istərdim. Nə qədər çox işləyirəmsə, bir o qədər də itirirəm. Mənə elə gəlir ki, fasilə verib dincəlsəm, daha yaxşı formada qayıda bilərəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*