Qaydaların tələblərinə görə, hər komanda mövsüm ərzində dörd dəfə Qran Pridə iki startdan az təcrübəsi olan bir sürücüyə maşın verməlidir. Həmçinin hər bir əsas sürücü yerini iki dəfə təhvil verməlidir.
Ferrari-də Şarl Lekler maşını Dino Beqanoviçə verəcək: o, ötən mərhələdə – Barselonada Lyuis Həmiltonu əvəz etmişdi. Williams-da Karlos Saynsın maşınının sükanı arxasına Lyuk Brauninq əyləşəcək.
Pol Aron Audi-nin sükanı arxasında Qabriel Bortoletonun əvəzinə yarışacaq. Haas-da Esteban Okonun yerinə məşqi Rio Hirakava keçirəcək.
Ləns Stroll Aston Martin-də maşını Cek Krouforda verəcək, Racing Bulls-da isə Ayumu Ivasa Liam Lousonu əvəz edəcək.
Alpine, Cadillac, McLaren, Mercedes və Red Bull-da sürücü dəyişikliyi olmayacaq.





