L.Həmilton: “Rosberqin qələbələri məni narahat etmir”

Mercedes AMG komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Niko Rosberqin üst-üstə 5 yarış qazanması onun üçün heç bir məna daşımır..

F-1.az xatırladır ki, Niko Rosberq keçən ilin son 3 yarışında və bu ilin ilk iki yarışında qalib gəlib. Lyuis Həmilton isə builki yarışlara pouldan başlasa da, startda problemlər yaşayıb və komanda yoldaşının gerisində qalıb.

Lyuis Həmilton: “Onun son beş yarışda qalib gəlməsi məni narahat etmir.

Bu il iki yarış olub. Ona görə də mən sonuncu beş yarışı saymıram. Bir mövsümdə beş yarış ardıcıl qazansanız, onda işlər fərqli olar. Amma üç yarış bir mövsümdə, iki yarış da digər mövsümdə qazansanız, bunun heç bir psixoloji təsiri olmaz. Bu il sadəcə iki yarış olub.

Bu əsl psixoloji oyundur. Bu əsl mübarizədir. Yaşıma və təcrübəmə görə psixoloji olaraq heç olmadığım qədər güclüyəm.

İlk iki yarışda özümü yaxşı hiss etdim. İki dəfə poul qazandım və daha artığını etmək istəyirəm. Hər şey yaxşı gedir. Daha güclü olmaq üçün öz üzərimdə işləyəcəm.

Heç kim uduzmağı istəməz. Zavoddakı işçilərimiz belə uduzmaq istəmirlər. Mühəndislər də mənim kimi yaxşı işlər görüblər. Sürətli idik, amma qalib gələ bilmədik. Amma bizim yolumuz hələ uzundur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*