V.Bottas Həmiltonun güclü olduğunu qəbul edib

Alfa Romeo komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Həmiltonun güclü olduğunu keçən il qəbul edib.

F-1.az xatırladır ki, iki sürücü 2017-2021-ci illərdə komanda yoldaşı olmuş və bütün mövsümlərdə Lyuis Həmilton açıq fərqlə Valtteri Bottası geridə qoymuşdu.

Valtteri Bottas: “Mənimkimi rəqəbətçi biri üçün bunu qəbul etmək çətin idi. Lyuisin daha güclü olduğunu keçən il qəbul elədim. Həmişə onu necə məğlub edə biləcəyimi düşündüm. Çox çətin beş il idi. Hər şeyi qazanmaq istəyirdim və bunu bacarmayanda qəbul edə bilmirdim”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*