08 Dekabr 2019, Bazar - 09:54

L.di Qrassi Braziliyada ümumi qələbə qazanıb

L.di Qrassi Braziliyada ümumi qələbə qazanıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:08 - 28 Dekabr, 2010

Braziliyalı qadın sürücü Anna Beatris Bia Fuqeyredo Felipe Massanın Florianpolisdə təşkil etdiyi ənənəvi İnternational Challenge of Go-Kart Champions kartinq turnirinin […]

Braziliyalı qadın sürücü Anna Beatris Bia Fuqeyredo Felipe Massanın Florianpolisdə təşkil etdiyi ənənəvi İnternational Challenge of Go-Kart Champions kartinq turnirinin ikinci yarışında inamlı qələbə qazanıb, amma turnirin ümumi qalibi dünənki yarışda qələbə qazanmış Lukas di Qrassi olub…

Dünən sürücülər süni işıq altında mübarizə aparmışdılar, bu gün isə start günorta verilib. Yarışda riversiv start qaydası tətbiq olunduğundan dünən səkkizinci olmuş Rubens Barrikello pouldan start alıb. Veteran sürücü poulun üstünlüyünü startdan sonra qoruyub saxlasa da, tezliklə Xayme Algersuari onu keçə bilib və həm yarışda, həm də ümumi hesabda liderliyi ələ alıb.

Amma son dövrələrdə mübarizə gərginləşib, Rubens liderliyini geri qaytarıb, Xaymeni isə hamı növbə ilə keçməyə başlayıb. Finişə yaxın isə 11-ci yerdən start almış Anna Beatris bir-birinin ardınca gözəl ötmələr etməklə finiş xəttini birinci keçib – bu yarışda ilk dəfə qələbə qadın sürücüyə qismət olub.

Yarışın ilk dövrələrində mübarizədən kənar qalmış dünənki qalib Lukas di Qrassi isə topladığı balların sayına görə turnirin ümumi qalibi elan olunub…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 362
Teqlər
Paylaş

logo