K.Çandhok: “Mən Vicey Malyadan inciməmişəm”

HRT komandasının maşınları hələ trasa heç çıxmayıblar, amma Formula1-in debütantı Karun çandhok hesab edir ki, onun komandası 2010-cu ildə ilk […]

HRT komandasının maşınları hələ trasa heç çıxmayıblar, amma Formula1-in debütantı Karun çandhok hesab edir ki, onun komandası 2010-cu ildə ilk xallarını qazana biləcək…

Karun Çandhok: “Mövsümün əvvəlində bizim məqsədimiz hamıya komandamızın nəyə qadir olmasını göstərməkdir, maksimum böyük məsafə qət etmək istəyirik ki, maşının etibarlılığını təmine dək və təcrübə toplayaq. Çox güman ki, ilk dörd Qran Pridə biz autsayderlər sırasında olacayıq, amma çempionat Avropaya qayıtdıqdan sonra İspaniyada biz öz potensialımızı göstərməliyik. Hazırda bunu heç kim bilmir, bəlkə mövsümün sonunda biz xal da toplaya biləcəyik.

Keçən il GP2 mövsümü mənim üçün uğursuz alındı, amma mən bir neçə dəfə öz sürətimi göstərmişdim. Mən Formula1-ə gəlmək imkanını çoxdan gəzləyirdim və mənə inanan Kolin Kollesdən dəvət aldım. Bu inam mən güc və motivasiya verir.

Mən Vicey Malyadan inciməmişəm, mən Formula1-də çıxış etmək istəyirdim, hansı komandada olması – yerli və ya digər – məna kəsb etmir. Vicey mənə zəng etmişdi və uğur arzuladı. İldən ilə Force İndia irəliyə doğru gedir və əgər nə vaxtsa o məni öz komandasına dəvət etsə, mən şad olaram. Hazırda mənim əsas vəzifəm Formual1-də uğurla debüt etməkdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*