M.Ferstappen: “Ferrari-ni keçmək çətindir”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Ferrari-ni qabaqlayacaqlarına inanmır.

F-1.az xatırladır ki, hollandiyalı sürücü bu il 3 yarışda 4-cü, 2 yarışda isə 3-cü yeri tutub. 21 yaşlı sürücü Sürücülər Çempionatında iki Ferrari pilotunun önündə 3-cü yerdədir.

Maks Ferstappen: “Hazırda üçüncü yerdəyəm və bunu gözləmirdim. Amma hələki ən sürətli üçüncü komandayıq. Komanda olaraq daha güclü olmaq istəsək də, qazandığımız nəticələrə görə sevincliyik. Ferrari-nin mühərriyi güclüdür. Montsa kimi uzun düzlüklü traslarda onlar güclü olacaqlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*