15 Dekabr 2019, Bazar - 14:16

F.Alonso: “Tezliklə daha bir arzum gerçəkləşəcək”

F.Alonso: “Tezliklə daha bir arzum gerçəkləşəcək”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:57 - 15 Avqust, 2009

Sentyabrda Renault komandası Fernando Alonsonun doğma şəhəri Ovyedoda küçə şousu keçirəcək. İspan sürücü bu tədbiri səbirsizliklə gözləyir… Fernando Alonso: “Tezliklə […]

Sentyabrda Renault komandası Fernando Alonsonun doğma şəhəri Ovyedoda küçə şousu keçirəcək. İspan sürücü bu tədbiri səbirsizliklə gözləyir…

Fernando Alonso: “Tezliklə mənim daha bir arzum gerçəkləşəcək, mən həmişə uşaqlıqdan tanıdığım keçələrdən Formula1 maşının sükanı arxasında keçməyi arzulamışam. Mənim üçün bu məxsusi tədbirdir, mövsümün ən vacib hadisəsidir. Ümid edirəm ki, şou çoxlu tamaşaçı toplayacaq, axı bizim bütün proqramımız onların maraqlarına uyğun tərtib olunub.

Mənim yadımdadır ki, uşaqlıqda necə Formula1-ə çıxış etməyi arzulayırdım. Mən elə indi də 90-cı illərdə yarışmaq istərdim – çox qəşəng maşınlar, Alen Prost, Ayrton Senna, Naycel Mənsell – səkkiz-doqquz yaşımda mən ilk dəfə Formula1-i izləməyə başlamışdım.

Məni ralli və ya kuzov çempionatları maraqlandırmır, bus eriyalarda mənim ambisiyam yoxdur. Əgər nə vaxtsa Formula1-i tərk etsəm, bu başqa çempionatın xatirinə olmayacaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 286
Teqlər
Paylaş

logo