T.Volff şayiələri təkzib edib

Williams komandasının həmsahibi Toto Volff sürücülər heyətinin dəyişdirilməsi barədə şayiələri təkzib edib. Xatırladaq ki, İspaniya Qran Prisinin finişindən sonra finlandiyalı […]

Williams komandasının həmsahibi Toto Volff sürücülər heyətinin dəyişdirilməsi barədə şayiələri təkzib edib. Xatırladaq ki, İspaniya Qran Prisinin finişindən sonra finlandiyalı keçmiş Formula1 sürücüsü Mika Salo milli MTV3 telekanalına müsahibəsində güman etmişdi ki, artıq bu mövsümdə həmyerlisi Valtteri Bottas Bruno Sennanı Williams-da əvəz edəcək.

Toto Volff: “Bütün bu şayiələrin reallıqla heç bir əlaqəsi yoxdur. Hazırda biz Bruno dəstəkləməli və ona kömək etməliyik. Bizim komandanın inkişafında xüsusi strategiyamız var və biz bu strategiyaya əməl etməliyik.”

Müzakirə bağlıdır.