F.Alonso kimlərlə danışıq aparıb?

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, Red Bull ilə danışıqlar aparsa da, Mercedes-lə heç vaxt görüşməyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2018-ci ildə karyerasını bitirmiş, amma 2021-ci ildə Alpine ilə yenidən idmana qayıtmışdı.

Fernando Alonso: “Mercedes-lə heç danışıqlar aparmadım. Amma Red Bull-la görüşdük. Sözün açığı, 2022-ci ildəki reqlamentlər olmasa, idmana qayıtmazdım. Çempion ola biləcəyimi demək istəsəm də, bilmirəm… Böyük komandalar mübarizəyə hazır olsalar da, digərləri çox iş görməlidirlər. Gələn il bütün komandalar qələbə uğrunda mübarizə apara bilərlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*