Piastridən təkzib: Alpine üçün yarışmayacağam

Formula2 üzrə keçən ilin Dünya Çempionu Oskar Piastri bildirib ki, o Alpine üçün yarışmayacaq.

F-1.az xatırladır ki, Alpine komandası gənc Piastrini növbəti il üçün transfer etdiyini açıqlamışdı. Lakin daha əvvəl avstraliyalı pilotun McLaren-ə transfer olduğu ilə bağlı söz-söhbətlər var idi. Buna baxmayaraq Alpine komandası növbəti il üçün gənc sürücünü transfer etdiklərini açıqlayıb.

Ancaq bu açıqlamadan qısa müddət sonra Oskar Piastri sosial şəbəkə hesabından Alpine ilə yarışmayacağını yazıb: “Alpine komandası mənim razılığım olmadan gələn il onlarla yarışacağımı elan edib. Lakin onlarla müqavilə imzalamamışam və gələm onların heyətində yarışmayacağam”.

Alpine komandası bu açıqlamaya cavab verməyib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*