F.Alonso indidən iki yer itirib

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, yarış başlamamış iki yer itirib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Rusiyadakı sıralanma turunda 6-cı olub.

Fernando Alonso: “Sözün açığı, qarışıq gün idi. Çünki üçüncü sərbəst yürüşlər baş tutmadı. Birbaşa sıralanma turuna keçdik. Üzərimizdə təzyiq yüksək olsa da, 6-cı yeri tutduq. Daha yaxşı yer tuta bilərdik. Lakin 16-cı döngədə yaş hissəyə çıxdım və orada yarım saniyə itirdim. Yoxsa dördüncülük mümkün idi. Ancaq Həmiltonun önündə dördüncü olsam da, yarışda onu maksimum iki dövrə arxamda saxlaya bilərdim. Komanda yoldaşımı çox qabaqladım və sevinirəm.

Sözün açığı, yağışlı havadan həzz almadım. Rusiyada ilk dəfə yağışlı havada sürdüm. İlk dəfə sıralanma turunda yağışda sürdük.

Bu trasda ötmə etmək çətindir. Altıncı yerdən başlayırıq və arxamda Bottas var. Hətta, Feratappen də yüksələcək. Montsada Bottas sondan başlayıb, podium görmüşdü. Bundan başqa 12-ci yerdən başlayan Qasli də sürətlidir. Bütün yarış güzgülərə baxıb müdafiə olunmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*