ABŞ-2018: Üçüncü stüard – Derek Uorik

Hər il olduğu kimi, FİA bu dəfə də Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Ostində stüardlara kömək etmək üçün FİA keçmiş sürücü Derek Uoriki dəvət edib.

Derek Uorik 1981-ci ildə Toleman komandası ilə Formula1-də debüt edib, daha sonra Renault, Brabham, Arrows və Lotus komandalarında çıxış etməklə 146 yarışda start alıb. Dörd dəfə podiuma qalxan britaniyalı sürücü karyerasını 1993-cü ildə başa vurub.

F-1.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Dereklə birlikdə həftəsonunun mübahisəli insidentlərini Almaniyanın DMSB assosiasiyasının üzvü, DTM-in daimi stüardı Gerd Ennzer və İspaniya avtoklubunun direktorlar şurasının üzvü, yeganə stüard qadın Silviya Bellot araşdıracaqlar.

, , , , ,