Sürücülərin Valensiyada iş qrafiki

Dörd komanda Valensiyada mövsümöncəsi testlərin birinci seriyasına keçənilki maşınlarını gətirəcək, qalan komandalar isə yeni maşınlarını yoxlayacaq… Testlərin birinci günü ənənəvi […]

Dörd komanda Valensiyada mövsümöncəsi testlərin birinci seriyasına keçənilki maşınlarını gətirəcək, qalan komandalar isə yeni maşınlarını yoxlayacaq…

Testlərin birinci günü ənənəvi olaraq sistemlərin rexniki yoxlanmasına həsr olunur, sonra isə hamı öz proqramı üzrə işini davam etdirəcək, həlledici məsələlərdən biri də Pirelli təkərlərinin xarakteristikasının yoxlanması olacaq.

Komandalar artıq testlərdə sürücülərinin iş qrafikini təsdiq ediblər, test proqramı demək olar ki, bütün komandalarda sürücülər arasında bərabər bölünüb.

Valensiya testlərində sürücülərin iş qrafiki (qırmızı rənglə yeni maşınlar göstərilib):

Komandalar Maşın 1 fevral 2 fevral 3 fevral
Red Bull RB7 S.Fettel S.Fettel/M.Uebber M.Uebber
McLaren MP4-25 Q.Paffet L.Həmilton C.Batton
Ferrari F150 F.Alonso F.Alonso F.Massa
Mercedes GP MGP W02 N.Rosberq/M.Şumaher N.Rosberq M.Şumaher
Lotus Renault GP R31 V.Petrov R.Kubitsa R.Kubitsa
Williams FW33 R.Barrikello R.Barrikello/P.Maldonado P.Maldonado
Force İndia VJM03 N.Hülkenberq/P.di Resta P.di Resta A.Sutil
Sauber C30 K.Kobayaşi S.Peres S.Peres
Toro Rosso STR6 X.Algersuari X.Algersuari/S.Buemi S.Buemi
Team Lotus TL11 H.Kovalaynen Y.Trulli
Hispania HRT F1 N.Kartikeyan N.Kartikeyan N.Kartikeyan
Virgin VR-01 J.D’Ambrozio J.D’Ambrozio T.Qlok
Müzakirə bağlıdır.