Montoya: Sepanqda sürücülərdən xüsusi cəsarət tələb olunur

Keçmiş Formula1 sürücüsü və hazırda çempionatın rəsmi saytının və F1 TV-nin eksperti Xuan Pablo Montoya hesab edir ki, mövsümün təqviminə Malayziyadakı mərhələnin qayıtması ən çox Maks Ferstappen və Kimi Antonelli üçün xeyir gətirəcək.

“Bu o traslardan biridir ki, həqiqətən aqressiv hücum etmək lazımdır, – deyə Montoya Sepanqdakı çıxışlarını xatırlayyıb – bu trasda o, Williams maşınlarının sükanı arxasında iki dəfə ikinci olub (2002 və 2004-cü illərdə). – Məncə, bu tras məhz Maks kimi maşından hər şeyi çıxarmağı sevən sürücü üçün əladır. Amma Antonelli də kifayət qədər uğur göstərə bilər.

Hamısını izləmək çox maraqlı olacaq, üstəlik Malayziyada hava çox isti olacaq. Amma tras orada fantastikdir, mən Sepanqda çıxış etmişəm və bu, inanılmaz dərəcədə əla idi. Məndən soruşsalar, Formula1 trasları içərisində ən sevdiyim hansıdır, bu trası deyərəm. Orada uğur qazanmaq və yüksək sürətlər göstərmək üçün xüsusi cəsarət tələb olunur.

Orada elə döngələr var ki, əgər sən kifayət qədər cəsursansa – ya da kifayət qədər ağıllı deyilsənsə – onları tam qazla keçə bilərsən. Mən bunu çox etmişəm və dəfələrlə maşınları dağıtmışam”.

İyulun sonunda dünya çempionatının təşkilatçıları təsdiqləyiblər ki, Bahreyn Qran Pri adlanan yarış oktyabrın 4-də Malayziyanın Sepang International Circuit trasında keçiriləcək. Malayziyada son Qran Pri 2017-ci ildə keçirilib və o zaman qalib Ferstappen olub.

2026-cı il çempionatının 22 sürücüsündən onunun Sepanq trasında yarış təcrübəsi var.

,