M.Vebber keçmişdən danışıb

Sabiq Formula1 sürücüsü Mark Vebber bildirib ki, Red Bull-da yarışanda Fettellə gərgin mübarizələri olub.

F-1.az xatırladır ki, iki sürücü 2009-2013-cü illərdə komanda yoldaşı olmuş və aralarında konfliktlər yaşanmışdı. Fettel bu əsnada 4 dəfə Dünya Çempionu titulunu qazandığı halda, Vebberin ən yaxşı uğuru 2010 və 2011-ci illərdəki üçüncülüklər olmuşdu. Avstraliyalı pilot 2013-cü ilin sonunda karyerasını bitirərək idmandan getmişdi.

Mark Vebber: “Hazırda aramız yaxşıdır. Amma çempionluq uğrunda mübarizə aparanda gərginlik olur. Biz çempionluq uğrunda mübarizə aparırdıq. Bəzi illərdə isə mən mübarizədən kənarda idim.

Xal uğrunda mübarizə aparanda komanda yoldaşı olmaq asandır, ancaq qələbə və çempionluq mübarizədi olanda çətinləşir.

Fettelin vəziyyəti indi dəyişib, düzdürmü? Karyerası davam etdikcə həyatındakl istəkləri və motivasiyası dəyişdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*