Autosport: “P.Maldonado Renault-dan qovuldu, onu Maqnussen əvəz edəcək”

Autosport saytı xəbər verir ki, Pastor Maldonado Renault-dan qovulub. Onu Kevin Maqnussen əvəz edəcək...

F-1.az bir neçə gün əvvəl xəbər vermişdi ki, Maldonadonun sponsoru olan PDVSA neft şirkəti Renault komandasına vəd edilən məbləği ödəyə bilmir. Hətta Siril Abitebul da bu məsələ ilə bağlı Venesuelaya gedib.

Amma belə görünür ki, Renault və PDVSA razılığa gələ bilməyiblər və Maldonado böyük ehtimalla Formula1-dəki yerini itirəcək. Xəbərdə deyilir ki, tərəflərin razılığa gəlmə ehtimalı az da olsa var, ancaq bu elə də mümkün görsənmir.

Maldonado Renault-dakı yerini itirsə, onu Kevin Maqnussenin əvəz edəcəyi gözlənilir.

Maldonado özünə komanda tapa bilməsə, 5 illik Formula1 karyerası bitə bilər.

Venesuelalı sürücü Renault komandasında yerini itirəcəyi halda, onun üçün yeganə alternativ Manor komandası olacaq. Amma orada da yarışması üçün PDVSA-nın dəstəyinə ehtiyacı var.

Lotus komandanı Renault-ya satmamışdan əvvəl 2016-cı il üçün Pastor Maldonado və Jolion Palmeri təsdiqləmişdi. Amma PDVSA-nın vəd edilən pulu ödəyə bilməməsi Maldonadonu pis vəziyyətdə qoyub.

Kevin Maqnussen 2014-cü ildə McLaren komandası ilə Formula1-də debüt edib. 2015-ci ildə Alonsonun McLaren-ə transfer olmasından sonra komandada ehtiyat pilotu olub. Danimarkalı sürücü 2015-ci ilin sonunda McLaren-dən ayrılıb

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*