S.Abitebul-un hədəfi üçlükdür

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, yeni mövsümdə daha yaxşı nəticə hədəfləyirlər.

F-1.az xatırladır ki, Renault 2016-cı ildə idmana qayıtdıqdan sonra ilk mövsümdə 9-cu, keçən il isə 6-cı yeri tutmuşdu.

Siril Abitebul: “Keçən il çox sahədə uğurlu idik. Yenidənqurma və uzunmüddətli hədəflərimizi reallaşdırmaq üçün ikinci ilimiz idi. 2016-cı ildə işi dövralma, sərmayə, yeni sponsorlar, yeni istedadlar və brendimizi inşa etdirmək üçün idi. Keçən il çox sahədə inkişaf etdik. Mühəndislər Kubokunda 9-cu yerdən 6-cı yerə yüksəldik və bir neçə yarışda ən sürətli 4-cü komanda idik. Bu, planımıza bağlı qalmağın nəticəsi idi. Bu il müsbət düşünmək üçün çox səbəbimiz var. Çox istedadlı və aqressiv iki sürücümüz var. Niko təcrübəli, bilikli və istedadlıdır. Bizə həm trasda, həm də trasdan kənarda kömək etdi. Karlos da komandaya keçən ilin sonunda qoşuldu və vacib xallar qazandırdı. Karlos olmasa, 6-cı yeri tuta bilməzdik. Hədəfimiz daha yaxşı nəticə göstərməkdir. Hər sahədə – güc qurğusu, şassi, sürücülər – inkişaf etməliyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*