Renault S.Vandornla yarışmaq istəyib

Komandanın yarış direktoru Frederik Vassyör Maqnussendən əvvəl Vandornu komandada görmək istədiklərini etiraf edib.

F-1.az məlumat verir ki, Renault Maldonadonun yerini doldurmaq üçün təkcə Maqnussenlə danışıqlar aparmayıb.

La Derniere Heure-a danışan Frederik Vassyör deyib: “Siyahımızda Stoffel də var idi. Amma McLaren onun komandadan getməsini istəmədi. Mövcud variantlara baxdıq və bunların arasında ən yaxşısı Maqnussen idi”.

Xatırladaq ki, Vandorn keçən mövsüm ART Grand Prix komandasının tərkibində GP2-də iştirak edib. Keçirdiyi 21 yarışda 7 qələbə qazanıb və 16 dəfə podiuma yüksəlib. Mövsümü 341,5 xal toplayaraq böyük fərqlə lider olaraq tamamlayıb.

Bu il onun Super Formula seriyasında iştirak edəcəyi gözlənilir.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*