K.Maqnussen çətinlikdən həzz alıb

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, çətin şəraitdə yarışmaqla təcrübə qazanıb və buna görə sevinclidir.

F-1.az xatırladır ki, xatırladır ki, Haas komandası 2018-ci ildə Mühəndislər Kubokunda 5-ci olduqdan sonra keçən mövsüm zəif performans göstərərək, 9-cu yeri tutub.

Kevin Maqnussen: “Vəziyyət necə olursa-olsun, həmişə yeni şeylər öyrənirsiniz. Vəziyyət pisləşəndə daha çox şey öyrənirsiniz, çünki problemlərlə fərqli formalarda mübarizə aparırsınız. Ancaq güclü boliddə vəziyyət daha fərqlidir və daha fərqli təcrübələr əldə edirsiniz. Buna görə də bu il həm mənimçün, həm də komanda üçün yaxşı keçdi. Keçənilki beşinciliyimiz çox təsiredici idi. Çünki komandanın idmandakı üçüncü mövsümü idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*