H.Marko: Lekler cəza alacaq

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, etibarlılqıla bağlı yaranan problemlər növbəti yarışlarda Leklerə yer itirmə cəzaları gətirəcək.

F-1.az xatırladır ki, Şarl Lekler Azərbaycan yarışında etibarlılıq problemlərinə görə mübarizəni yarıda dayandırıb. Bununla da yarışı qazanan Maks Ferstappenlə xal fərqi 34-ə çatıb.

Helmut Marko: “Ədalətli mübarizə istəyirik. Lekler üçüncü motora keçəcək. Bundan sonra ən az iki dəfə də motor dəyişməlidir və yer itirməli olacaq.

Yarışın əvvəlində Lekler Peresin hava kisəsinə daxil oldu. Buna görə də Maks onu keçə bilmədi. Daha sonra isə istədiyimiz oldu”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*