L.Həmilton: “Lekleri keçəndə qəribə oldum”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Şarl Lekleri keçərkən özünü qəribə hiss edib.

F-1.az xatırladır ki, Lekler sonuncu Bəhreyn yarışında lider getsə də, mühərrik problemi yaşayıb. Bunun nəticəsində həm Həmilton, həm də Bottas gənc sürücünü keçiblər. Lakin beşqat Dünya çempionu gənc monakolu sürücünü keçərkən əl işarələri edib.

Lyuis Həmilton: “Rəqibinizdən sürətlisinizsə, keçməlisiniz. Burada mübarizə olmalı idi. Arxa düzlükdə Şarlın yanından keçdim. Ona əlimi qaldırdım. Əlimdən heç nə gəlmirdi. Qəribədir. O anda nə edə bilərsiniz ki? Daha əvvəl başıma belə hadisələr gəlib. Birinci yerdə gedərkən maşın dayanmışdı. Bunun necə hiss olduğunu bilirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*