L.Həmilton: Çempionluq barədə düşünmürük

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, artıq çempionluq barədə düşünmürlər.

F-1.az xatırladır ki, britaniyalı sürücü İmoladakı sprint yarışında 14-cü yeri tutub.

Lyuis Həmilton: “Arxa planda hamı çox işləyir, amma vəziyyət pisdir. Əlimizdə bu var. Builki reqlamenti düzgün anlamadıq və hamı bunu düzəltmək üçün əlindən gələni edir. Bu komanda uzun illər çətin dövrlər yaşadı. 2013-cü il də pis başlamışdı, ancaq daha sonra sürətləndik.

Komanda olaraq çox motivasiyalıyıq. Hamı çətin vəziyyətə baxmayaraq, çox işləyir. Gördüyünüz kimi çempionluq üçün mübarizə aparmırıq. Ancaq bolidi anlamaq üçün əlimizdən gələni edirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*