Siyasətçilər Melburn yarışını saxlamaq istəyirlər

Melburn bələdiyyə şurasının üzvlərinin əksəriyyəti hesab edir ki, Avstraliya Qran Prisi məhz onların şəhərində qalmalıdır. 1996-cı ildən Albert Parkda təşkil […]

Melburn bələdiyyə şurasının üzvlərinin əksəriyyəti hesab edir ki, Avstraliya Qran Prisi məhz onların şəhərində qalmalıdır.

1996-cı ildən Albert Parkda təşkil olunan yarış son aylar yerli və beynəlxalq mətbuatın diqqət mərkəzindədir – xüsusən də Melburnun lord-meri Robert Doyl bu yarışın Viktoiya ştatına iqtisadi perkspektivliyinə şübhə etdikdən sonra.

Amma yerli Herald Sun qəzetinin bildirdiyinə görə, Melburnun bələdiyyə şurasının səkkiz üzvündən yeddisi hesab edir ki, yraışı saxlamaq lazımdır. Şura üzvlərindən biri Karl Cetter bildirib ki, “biz istəyirik ki, yarış bizim şəhərdə çox qalsın.” Onun kolleqası Kevin Loui də onunla razılaşıb ki, Formula1 “başqa idman növlərinə oxşamır” və Melburnun imicinin yaxşılaşamasına xidmət edir.

Əlbətə, Bəhreyn yarışı təxirə salındıqdan sonra Asvtraliya yarışına diqqət artıb, çünki çempionat Melburnda başalayacaq.

Australian Grand Prix Corporation şirkətinin icraçı direktoru Əndryu Uestkott təsdiq edib ki, “bütün Formula1 dünyası və ümumiyyətlə, bütün idman dünyası indi bizə baxır…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*