Pirelli məsuliyyəti üzərinə götürmür?

Pirelli Motorsport-un rəhbəri Pol Hembri bildirib ki, yarışlar pis keçsə, buna görə cavabdeh olmayacaqlar.

F-1.az xatırladır ki, Pirelli şirkəti tələblərə görə 2017-ci ildə təkərləri 25 faiz enlədəcək və eyni zamanda təkərlər daha dözümlü olacaqlar. Beləliklə, sürücülər təkərlərdən maksimumu çıxara biləcəklər və daha az pit-stop görəcəyik.

Pol Hembri: “Hamını razı sala bilməzsiniz. İki yoldan birini seçməlisiniz. İstədiklərini etdik. Digər yöndə getməyimizə qərar verildi. İdman bizdən nə istəyirsə, onu edirik. Buna görə də sonradan şikayət etməyin mənası yoxdur. İdman fərqli yönə gedir. Əgər hər şey deyildiyi kimi olsa, onda yaxşı yarışlar olar.

Daha az pit-stop olacaq. Təkər yeyilməsi də azalacaq. Təkər aşınması və performans azalmasına görə pitə gəlirdilər. Amma artıq ikisini də dəyişəcəyik. Bir pit-stoplu yarışlar çoxalacaq. Aerodinamik cəhətdən bir-birinə yaxın bolidlər görsək və təkərlərin üst qatı qızmasa, sürücülər təkərlərdən maksimumu alacaqlar və ötmələr artacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*