25 Avqust 2019, Bazar - 12:13

Manor-un əməkdaşları evə göndəriliblər

Manor-un əməkdaşları evə göndəriliblər

Müəllif: Elçin Zodorov, redaktor

17:36 - 27 Yanvar, 2017

F-1.az xatırladır ki, komandaya üç həftə əvvəl xarici idarəetmə tətbiq olunmuşdu. Biz komandanın satılması üçün danışıqların aparıldığı barədə məlumatlar vermişdik. Lakin komandanın işini davam etdirməsi üçün lazım olan çıxış yolu tapılmayıb və işçilər bu gün evlərinə göndəriliblər.

Çərşənbə axşamı şirkət rəsmən bağlanacaq. Komandanın yeni sahib tapacağı halda növbəti mövsümdə iştirak etmək üçün nəzəri şansları var, lakin bu, çox kiçik ehtimaldır.

2010-cu ildə Virgin Racing adı ilə debüt edən komanda dəfələrlə ad dəyişməli olmuşdu. 2011-ci ildən Rusiya bayrağı altında Marussia adı ilə yarışan komandaya 2014-cü ildə xarici idarəetmə tətbiq olunmuşdu. Lakin son anda biznesmen Stiven Fitspatrik tərəfindən alınaraq Manor adı ilə çempionata qaytarılmışdı.

Komandanın taleyini həll edən əsas məqamlardan biri də Sauber-in sürücücsü Felipe Nasrın Braziliya Qran Prisində 2 xal qazanması olub. Bununla da Mühəndislər Kubokunda sonuncu yerə düşən Manor böyük miqdarda pul mükafatından məhrum olub…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 532
Teqlər , , ,
Paylaş

logo