B.Hartli superlisenziyanı gözləyir

Red Bull komandası hələlik Avstraliya Qran Prisinə ehtiyat pilotun adını çəkməyib, amma şayiələr gəzir ki, yaxın günlərdə bu vəzifəyə Brendon […]

Red Bull komandası hələlik Avstraliya Qran Prisinə ehtiyat pilotun adını çəkməyib, amma şayiələr gəzir ki, yaxın günlərdə bu vəzifəyə Brendon Hartlinin namizədliyi təsdiq olunacaq. Problem bundadır ki, yeni zellandiyalı sürücünün superlisenziyası yoxdur və onu ala bilmir, amma FİA istisna edə bilər – sürücü bütün şərtləri yerinə yetirməyib və əslində qalan günlər ərzində yerinə yetirə də bilməz.

FİA-nın nümayəndəsi yeni zellandiyalı jurnalistlərə bildirib ki, Red Bull-un ehtiyat pilotu var və bu Hartli deyil, ona görə də Melburnda problem olmamalıdır, Red Bull-un gənc sürücülər proqramının iştirakçısı isə bütün normativlərə əməl etdikdən sonra lisenziya ala biləcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*