2026-cı ildə əsas amillərdən biri elektrik enerjisinin sərf və yığılma strategiyasıdır. Bu, maksimum gücün vacib olduğu traslarda xüsusi önəm daşıyır.
Fernando Alonso hesab edir ki, Belçika mərhələsində sürücülər elektrik enerjisinin ehtiyatını dövrənin sonuna çatmadan tükədəcəklər. Nəticədə bəzi hallarda güc qurğusu bir dəqiqədən artıq müddət elektrik gücü olmadan işləyə bilər və bunun nəticəsində Spada dövrənin bəzi hissələrində Formula1 boldiləri Formula2 maşınlarından yavaş olacaqlar.
Fernando Alonso: “Silverstoun və Spa trasları enerji sərfiyyatı baxımından çox tələbkardırlar, buna görə bütün düzlüklərdə elektrik gücündən istifadə etmək mümkün deyil. Əgər Spada enerjinin bütün ehtiyatını 1-ci döngədən 5-ci döngəyədək olan hissədə istifadə etsək, dövrənin qalan hissəsi üçün heç nə qalmayacaq.
Nəticədə enerjini qənaətlə istifadə etməyə məcbur olursan ki, sonra onu 14-cü döngədən Bus Stop şikanasına qədər olan seqmentdə işə salasan. Amma əgər məhz bu iki düzlükdə istifadə etmək optimal variantdırsa, təxminən bir dəqiqə davam edən bütün ikinci sektoru ümumiyyətlə elektrik enerjisi olmadan keçməli olacaqsan.
Elektrik enerjisi bitəndə yalnız daxiliyanma mühərrikimiz qalır. Bu il belə rejimdə maşının gücü keçən ildəkindən azdır və hətta Formula2 maşınlarından da aşağıdır. Beləliklə, bizi ciddi çağırış gözləyir”.





