18 Avqust 2019, Bazar - 08:52

R.Barrikello xəstəxanaya düşüb

R.Barrikello xəstəxanaya düşüb

Müəllif: Rauf Hacıyev, redaktor

11:09 - 02 Fevral, 2018

Sabiq Formula1 sürücüsü Rubens Barrikello keçən həftə xəstəxanaya aparılıb.

F-1.az xəbər verir ki, Formula1-də 322 yarışa çıxaraq bu sahədə rekordçu olan 47 yaşlı sürücü Braziliyada bəzi seriyalarda yarışır. Veteran sürücü bildirib ki, şiddətli baş ağrılarına görə xəstəxanaya aparılıb və onda damar problemi aşkarlanıb.

Rubens Barrikello: “Hamının narahat olduğunu və mənimlə maraqlandığını görürəm. Sosial şəbəkələrdə uzun müddət paylaşım edə bilmədiyim üçün sizinlə danışmağa qərar verdim. Şənbə günü duşa girdim və bərbad baş ağrısı hiss etdim. Bəxtim onda gətirdi ki, yoldaşım orada idi və məni xəstəxanaya apardı. Orada mənə yaxşı baxdılar. Damarda kiçik problemim var idi, lakin indi özümü yaxşı hiss edirəm. Testlər davam edir, ancaq tezliklə yarışlara qayıdacam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 270
Teqlər
Paylaş

logo