R.Barrikello: “Ferrari keçmişə qayıtdı”

Ferrari komandasınını sabiq sürücüsü Rubens Barrikello bildirib ki, italyanlar hegemon olduğu illərdəki iş sisteminə geri qayıdıblar.

F-1.az xatırladır ki, Ferrari 2012-ci ildən sonra çempionluq uğrunda mübarizə apara bilməmişdi. Amma bu il italyanlar yenidən qələbələr uğrunda yarışmağa başlayıblar.

“Qırmızılar”ın ən uğurlu illərində 9 yarış qazanmış və iki dəfə vitse-çempion olmuş sabiq Formula1 sürücüsü Rubens Barrikello bildirib ki, Ferrari yenidən qalib gəlməyi öyrənib: ” Özlərini paketləyib bir neçə il geri getdilər. Bunu o vaxtkı üstünlüklərini anlamaq üçün etdilər. Aerodinamik boruda əldə etdiklərimizi trasa əks etdirə bildiyimiz üçün sürətli olduq. Onda belə deyirdilər: “Döngəyə giriş sürətimizi artırmalıyıq”. Bu mükəmməl idi. Necə olurdu belə güclü olurdular? Bolid onların hər dediklərini edirdi. Əgər doğru işçilərə sahibsiznizsə, qalib gələ bilərsiniz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*