R.Barrikello: Həmilton Alonsodan güclüdür

Sabiq Formula1 sürücüsü Rubens Barrikello son illərin iki əzəli rəqibi olan Lyuis Həmilton ilə Fernando Alonsonu müqayisə edib.

F-1.az xatırladır ki, iki sürücü 2007-ci ildə McLaren-də komanda yoldaşı olmuş, lakin mövsümün sonunda hər ikisi də 109 xal toplamışdılar. Rubens Barrikello 2011-ci ilə qədər Alonso və Həmiltonla rəqib olub və onları müqayisə edib: Həmiltonun istedadı onu Alonsodan daha üstün edir. Komanda yoldaşı olduqlarında Həmilton karyerasına yeni başlamışdı və indiki halda da Alonsodan daha güclüdür.

Məncə, Alonso da güclü maşınla daha yaxşı nəticələr qazanr. Ferrari-yə keçəndən sonra bir neçə dəfə çempionluq şansı oldu, amma uduzdu və deyinməyə başladı. Daha sonra isə qəribə hallar baş verdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*