R.Barrikello ağlını itiribmiş

Sabiq Formula1 sürücüsü Rubens Barrikello Braziliyada bir verilişə qonaq olub. Braziliyalı sürücü Ayrton Sennanın tabutunu daşıyanlardan biri olsa da, həmin anı xatırlamadadığını bildirib...

F-1.az xatırladır ki, Rubens Barrikello 1994-cü ilin San Marino QP-də sıralanma turunda ağır qəza keçirtmişdi. Braziliyalı bu qəzadan sonra şoka düşmüşdü və yaddaşını itirmişdi.

Bu qəzadan iki gün sonra isə Ayrton Senna qəza edərək, dünyasını dəyişmişdi. Rubens Barrikello da Sennanın dəfn mərasimində iştirak etmişdi. Şəkildən də göründüyü kimi, Barrikello Ayrton Sennanın tabutunu daşıyanlar arasında yer almışdı.

Rubens Barrikello: ” İmoladakı qəzanı xatırlamıram. Çox böyük qəza idi. Mən orada vəziyyətdən çıxmaq istəsəm də, bolid mənə kömək etmədi.

Mən Braziliyaya qayıdanda Senna ölmüşdü. Yaddaşımı itirmişdim və qəzadan sonrakı 1 ayı xatırlamıram.

Sennanın tabutunu daşıdığımı xatırlamıram. Doğrudan xatırlamıram. Şəkilləri gördüm, amma yenə də xatırlamıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*