M.Ferstappenin performansı Şumaxer və Senna ilə müqayisə olunub

Braziliya yarışında əla performans göstərən Maks Fetstappenin sürüş tərzi Mixael Şumaxer və Ayrton Sennaya bənzədilib.

F-1.az xatırladır ki, Ferstappen yarış zamanı Rəykkönen və Rosberqi keçərək ikinci yerə yüksəlsə də, Red Bull komandasının səhv strategiyasına görə 16-cı pilləyə qədər geriləmişdi. Amma hollandiyalı bütün rəqiblərini qabaqlayaraq finişdə 3-cü yeri tutub.

Yarış vaxtı bolidin arxa tərəfi sürüşsə də, mükəmməl reflekslə qəzadan qaçan və Rosberqi arxasında saxlayan Ferstappenə komandanın başçısı Kristian Horner təriflər yağdırıb: “Bundan yaxşısı ola bilməzdi. Yarışda şahid olduğumuz hadisələr xüsusi idi”.

Jurnalistlər Hornerdən – “Ferstappenin Braziliaydakı performansını Sennanın 1984-cü il Monako və Şumaxerin 1996-cı il performansı ilə müqayisə etmək olar?” – soruşublar: “Məncə, elə idi. Bunu böyük performanslarla müqayisə edə bilərik. Avtoidmanda bu cür performansları tez-tez görə bilmərik. Bu gün biz qeyri-adi bir şey gördük”.

Maks Ferstappen Təhlükəsizlik Maşını rejimində demək olar ki, bütün trayektoriyaları test etmişdi. Hollandiyalının bu taktikası ona rəqiblərini keçməkdə kömək etdi.

Kristian Horner: “Ən yaxşı trayektoriyanı tapmağa çalışdı. Təhlükəsizlik Maşınının arxasında belə bütün xətləri test etdi. O ən yaxşı asfaltla ilişmə zonasını axtarırdı. Bu adamlar kartinqdən gəlirlər və hər şeyi bilirlər. Xarici trayektoriyadan daxilə keçirlər, ya da xaricdən davam edirlər. Yarışda da bunu edirdi. Bunu Maksdan başqa heç kim etmədi. Hamısı kartinqdən gəlsə də, Maksın etdiyi başqa bir şey idi”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*